Əliağa Vahidin xatirəsinə həsr olunan gecə keçiriləcək

Əliağa Vahidin xatirəsinə həsr olunan gecə keçiriləcək
212 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayında  iyunun 28-də  şair Əliağa Vahidin xatirəsinə həsr olunan “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək.

Bu barədə Axşam.az-a sarayın mətbuat xidmətindən məlumat verilib.

Gecədə xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər.

Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.