Bəstəkar Sevinc Tofiqqızı mükafata layiq görülüb.
Axşam.az-ın məlumatına görə, bəstəkar Ankarada keçirilən gecədə "Türkiyenin hizmet ödülü" ilə mükafatlandırılıb.
S.Tofiqqızı “Erdoğanlı Türkiyem” və “Hayat gözeldir” klipləri ilə diqqət çəkib. Bəstəkar gecədə sənətçi Ömər Türkmənoğlunu pianoda müşayiət edib.
S.Tofiqqızına mükafatını Pursaklar Bələdiyyə rəhbəri Çetin bəy təqdim edib. Daha sonra isə İraq Ədəbiyyatçılar və Yazarlar Birliyininnin türkmən bürosu rəhbəri Fevzi Ekrem Terzioğlu tərəfindən bəstəkara ikinci mükafatı verilib.
"Türkiyə Ankara Sanat Festivalı çərçivəsində Ankara Mədəniyyət və İncəsənət platforması rəhbəri Sultan Özateş mənə "Başarılı hizmet ödülü" bə medalı verdi. Azərbaycanıma bu mükafatları gətirdiyim üçün qürur duyuram" deyə, S.Tofiqqızı deyib.