Dünən Mançesterdə "Emirates Old Trafford" stadionunda "One Love Manchester" adlı xeyriyyə konserti keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məkumatına görə, konsert mayın 23-də Ariane Qrandenin buradakı konserti zamanı baş verən terror aktı nəticəsində ölən və yaralananlara həsr olunub.
Gecədə 50 minə yaxın tamaşaçı qarşısında Castin Biber, Mayli Sayrus, Keti Perri, Robbi Uilyams, Farell Uilyams, "Coldplay" qrupu, Ariane Qrande və digərləri iştirak edib.
Konsertə hazırlıq zamanı Londonda daha bir terror aktı həyata keçirilsə də, bu, məşhurların çıxışına mane olmayıb. Gecədə mayın 22-dəki terrorda həlak olan və yaralananlar üçün 13 milyon dollardan çox məbləğ yığılıb.