Müğənni-dicey Peris Hilton yenidən sarı saçları ilə vidalaşıb.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, “Hilton” otellər şəbəkəsinin 36 yaşlı varisi saçlarını qaraya boyayıb. Yeni saç rəngini sosial şəbəkə istifadəçiləri ilə paylaşan Perisin imicini çoxları ona yaraşdırmayıb.
Şəkilləri Los-Anceles küçələrində çəkilən Hilton təkcə saçlarını qaraltmaqla kifayətlənməyib, eyni zamanda geyimində də qara rəngə üstünlük verib.