Selena Qomez bir gündə 6 geyim dəyişdirdi - fotolar

Selena Qomez bir gündə 6 geyim dəyişdirdi - fotolar
3386 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Selena Qomez ötən gün Nyu-Yorkda müxtəlif saatlarda paparazzilərə tuş gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçının gün ərzində 6 geyim dəyişməsi diqqət çəkib.

Belə ki, səhər səs yazma studiyasına gedən sənətçi narıncı libasda olub. O, sinə dekolteli libası ilə göz oxşayıb.

Daha sonra küçədə gəzərkən kameralara tuş gələn Selenaın ətnində mavi rəngli qısa don olub.

Günorta radələrində dəvət olunduğu tədbirə isə Qomez ağ kofta və üzərinə qara libas geyinib.

Sonradan küçədə çəhrayı rəngli kombinizonda görünən müğənni axşam tədbirində də ağ-qara libasa üstünlük verib.

Nəhayət gecə sevgilisi "The Weeknd" ilə şam yeməyinə çıxan Selena yenə geyimini dəyişmək və daha romantic olmaq qərarına gəlib.