“İşte benim stilim” proqramıyla tanınan Bahar Candan müğənni Murad Bozla aktrisa Aslı Enverin barışması ilə bağlı açıqlama verib. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Bodrumda istirahət mərkəzlərinin birində 500 nəfərə konsert verən Candan aktyor Eser Yenenlərin evində baş verənlərdən danışıb:
“Murad Boz mənim üçün bir talehsizlikdi. Mənim tərəfimdən deyilməli olan sözlərin hamısı söylənildi. Mənə qarşı haqsızlıq edildi. Barışıb-barışmamaqları məni maraqlandırmır. Mənə nə? Mənim öz şəxsi həyatım var və bunun da heç kimə dəxli yoxdur”.
Xatırladaq ki, Murad Bozun Eser Yenenlərin evində Bahar-Nihal bacıları ilə yaxınlaşması iddiasından sonra Aslı Enverlə münasibəti pozulmuş, lakin cütlük bu yaxınlarda yenidən barışmışdı.