"Evdə xanımıma çox kömək edirəm" - Elvin+fotolar

"Evdə xanımıma çox kömək edirəm" -  Elvin+fotolar
3395 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev kişilərin xanımlarına evdə yardım göstərməsinə müsbət yanaşır.

Axşam.az-ın məlumatına görə, ifaçı bu barədə “10-dan sonra” verilişində danışıb.

O deyib ki, xanımına hər zaman kömək edir:

“Deyim ki, “özümə sığışdırmıram” - belə bir şey yoxdur. Mən evdə özümü qətiyyən müğənni kimi aparmıram. Həyat yoldaşıma lazım gələndə evdə köməklik göstərirəm. Müəyyən işlərdə də o mənə yardım edir. Yəni, bir-birimizə qarşılıqlı şəkildə köməyimiz dəyir”.

Elvin yeni klip çəkdirəcəyini də söyləyib. O, “O gün” adlı mahnısını ekranlaşdıracağını bildirib:

"Gələn həftə yollanırıq klip çəkilişinə. Bu dəfə Afət (xanımı, rejissor Afət Abdullayeva - red.) olmayacaq. Onun işləri çoxdur. Ancaq Afətin indiyədək çəkilən kliplərimdə əməyi böyük olub. Budəfəki klipimi xarici rejissor lentə alacaq. Mənim kliplərimin 90%-i burada çəkilməyib".

Foto: Ramin ASLANOV