Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl prodüser Tarix Əliyev (Tolik) özünə təmtəraqlı ad günü edib.
Axşam.az-ın məlumatına görə, gecənin qonaqları şou-biznes nümayəndələri, aparıcılar olub.
Müğənnilər Nigar Camal, Günel Ələkbərova, Natavan Həbibi, aparıcılar Könül Muxtarova və Nərgiz Əliyeva qonaqlar sırasında görüntülənib.
Hər beş məşhur gecəyə qara libas geyinib. Könül, Nərgiz və Günel paltarının qısalığı ilə diqqət çəkib. Natavan isə ad gününə idman stilini xatırladan sadə şalvar və kofta geyinib. Sənətçi bu paltarını hündürdaban klassik ayaqqabı ilə tamamlayıb.
Hər zaman qısa paltarda görməyə alışdığımız Nigar isə pələng dərisini xatırladan üzəri qara tüllü uzun libasdan istifadə edib.
Foto: Ramin ASLANOV