70-ci dəfə keçirilən Kann Film Festivalı bitsə də, səs-küyü hələ də davam edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fotoqraf Deymon Beyker "Madame Figaro" jurnalı üçün məşhurların fotosessiyasını edib.
Onlar arasında Şarliz Teron, Sofiya Koppola, Kristen Styuart, Marion Kotiyyar, Tilda Suinton, Kirsten Danst, El Fanninq, Cessika Çesteyn, İzabel Yupper və Robert Pattinson olub.
Ağ-qara fotolarda məşhurların üz cizgiləri və mimikaları daha aydın nəzərə çarpıb.