Xəbər verdiyimiz kimi, ötən gün energetika nazir Natiq Əliyev dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, mərhum nazirlə vida mərasimi bu gün keçirilir.
Nazirin cənazəsi Heydər Məscidində yuyulduqdan sonra Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.
Fotolar: İlqam CƏBİYEV