Xalq artisti Gülyanaq Məmmədovanın ad günü olub.
Axşam.az-ın məlumatına görə, müğənninin 44 yaşı tamam olub.
G.Məmmədova özəl gününü səhnədə qeyd edib. Belə ki, müğənni həmin gün 15 iyun Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında keçirilən "Öz dünyanı boya" adlı I Respublika rəng festivalına qatılıb.
İfaçıya həmkarları səhnə arxasında sürpriz ediblər. Onlar G.məmmədovanı təbrik edərək, onun üçün mahnı səsləndirblər.
Foto: Ramin ASLANOV