“Yeşilçam”ın mərhum aktyoru Tarık Akanın gəlini Asya Engin otellərdən birinin çimərliyində kameralara tuş gəlib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun oğlu Barış Üregüllə ailəli olan Asya 4 aylıq hamilədir.
Dənizə girən A.Engin daha sonra jurnalistlərin suallarını cavablandırıb. O, Tarık Akanın ən böyük arzusunun baba olmaq olduğunu deyib:
“Tarık atam mənə həmişə “Ana ol, nəvə görüm” deyərdi. Görmək qismət olmadı. Amma ana olaraq onun vəsiyyətini yerinə yetirəcəyəm. Qızımız dünyaya gələcək. Oğlan olsaydı, adını Tarık qoyacaqdıq”.