Aktrisa Sevinc Əliyeva və rejissor Fuad Əlişovun kiçik oğlu Nihadın 4 yaşı tamam olub.
Axşam.az-ın məlumatına görə, aktrisa övladının özəl gününü onun getdiyi bağçada, daha sonra isə şəhər restoranlarından birində qeyd edib.
S.Əliyeva “4 il bundan əvvəl ana olmaq həyacanını ikinci dəfə yaşadım. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Bu hissə görə hər gün yaşamaq istəyirsən. Mənim xoşbəxtliyimin 4 yaşı tamam olur. Səni verənə şükür, ömrüm mənim” deyə, bildirib.
Qeyd edək ki, Fuad və Sevinc cütlüyü ötən il boşanıb. Onların Suad və Fatimə adlı əkiz övladları da var.