Türkiyə prezidenti Receb Tayyib Erdoğan Tarabya Köşkündə sənətçilərə iftar qonaqlığı verib. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qonaqlıqda İbrahim Tatlısəs, Orxan Gencebay, aktyor Hakan Ural, müğənnilər Hülya Avşar, Bülent Ersoy, Muazzez Ersoy, Ajda Pekkan, aparıcı Esra Erol, İşın Karaca və başqaları olub.
Ərdoğanın builki iftar süfrəsinə mayın 25-də 9 illik həyat yoldaşı Sinem Gedikdən boşanan müğənni Mustafa Ceceli ilə, aparıcı Erhan Çelikdən boşanan müğənni Gülbən Ergen çağrılmayıb. Gülbənin yerinə 3 ildir Köşkə dəvət olunmayan həmkarı Hülya Avşar qonaq edilib.


