Müğənnilər bayram konsertində bir araya gəldilər - fotolar

Müğənnilər bayram konsertində bir araya gəldilər -  fotolar
5085 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaçmazda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar bayram konserti keçirilib.

Axşam.az xəbər verir ki, rayon icra hakimiyyəti və “ARB Media Qrup”un birgə təşkil etdiyi tədbir Heydər Əliyev adına parkda gerçəkləşib.

Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ulu öndər Heydər Əliyevin siyasətindən, 15 İyunun - tarixə Milli Qurtuluş Günü kimi daxil etməsindən söz açıb.

Konsert proqramında xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev, ifaçılar Namiq Qaraçuxurlu, Mirkamil Kamilov, Səyyad Əlizadə və başqaları çıxış ediblər.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Tədbir bu axşam saat 20:00-da “ARB"-də, 21:30-da isə “ARB Günəş” telekanalında yayımlanacaq.