Ayseldən yeni mahnı: "Səndən başqa"
Müğənni Aysel Əlizadənin yeni mahnısının təqdimatı keçirilib.
Axşam.az xəbər verir ki, “Səndən başqa” adlı bəstənin sözləri şairə Leyliyə, musiqisi İlkin Həsəniyə məxsusdur.
Dinləyicilər yeni əsərin “Ulduzlar” mahnısı qədər seviləcəyini bildiriblər. Aysel isə yeni mahnısının klipinin hazır olduğunu deyib:
“Ulduzlar” mahnısı radioda səsləndirildikdən sonra tez bəyənildi, amma çox adam ifaçının mən olduğumu klip ekranlara çıxarılandan sonra bildi. Yeni mahnımın klipi də artıq hazırdır. Mahnı bir neçə gün eşidilsin, daha sonra klipi KİV-ə təqdim edib, ardınca böyük kütlənin ixtiyarına verəcik”.