"Qarşıdurma" bitdi: Maşının açarı ona verildi - fotolar

"Qarşıdurma" bitdi: Maşının açarı ona verildi -  fotolar
22185 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Qarşıdurma" devizi altında yayımlanan “Maşın” şou sona çatıb və qalib müəyyən olunub.

Axşam.az-ın məlumatına görə, bu aktyor İslam Mehrəliyevdir.

Belə ki, maşından ilk olaraq əlini rəqqasə Oksana Rəsulova, ikinci isə aktyor Elcan Rəsulov götürüb.

E.Rəsulov səhhəti imkan vermədiyi üçün oyunu tərk edib: 

"Dəfələrlə demişdim ki, İslam maşınsız qalmayacaq, qalmadı da". 

"Maşın"ın bugünki final gecəsində avtomobilin açarları finalçıya təqdim olunub.

Qeyd edək ki, mayın 28-dən yayımlanan "Maşın" realiti-şousu ötən gün başa çatıb.

Foto: Ramin ASLANOV