“Azərbaycanın səsi” layihəsindən sonra solo fəaliyyətə başlayan müğənni Cəmalə son günlər Günay İbrahimliyə bənzədilməsi ilə gündəmə gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” və “Hər şey daxil” verilişinə qonaq olan zaman həm Zaur Kamal, həm də Sevil və Sevinc bacıları ona Günaya bənzədiyini söyləyiblər.
Cəmalə özü də bu bənzərliyi danmayıb. O bildirib ki, dəfələrlə onu G.İbrahimliyə oxşadıblar:
“Günay sevdiyim ifaçıdır, onu dinləyirəm və özüylə şəxsən tanışam. Əməliyyat etdirib özümü Günaya oxşatmamışam ki... Allah belə yaradıb. Üz quruluşumuz bənzəyir. Nə qədər Günayı sevsəm də, istəmirəm yaddaşlarda ona oxşayan qız kimi qalım. Mənim öz adım var - Cəmalə. Bu adı hələ çox eşidəcəklər”.
Cəmalə eyni zamanda “Yanıma gəl” adlı yeni mahnısını da təqdim edib. Mahnının sözləri Elçin Məhərrəmova, musiqisi Ruslan Səfəroğluna, aranjimanı isə İsmayıl Əlizadəyə məxsusdur.