“Lider”də yeniliklər olacaq" - Lamiyyə Ələkbərqızı

“Lider”də yeniliklər olacaq" -  Lamiyyə Ələkbərqızı
1973 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay mövsümü ilə əlaqədar “Lider” telekanalının anons şöbəsi maraqlı çarx hazırlayıb.

Axşam.az-ın məlumatına görə, çarxda telekanalın bir neçə siması yer alıb.

“Lider TV”nin direktor müavini Lamiyyə Ələkbərqızı yay mövsümü ilə bağlı planlardan danışıb:

“Hazırda yay mövsümü ilə bağlı bir neçə layihəmiz tətilə çıxsa da, onların təkrarı yayımlanır. Əksər verlişlərimiz isə tətilə çıxmadan yeni buraxılışlar hazırlayıb, tamaşaçılara təqdim edirlər. Həmişəki kimi bu dəfə də kanalımızın anons şöbəsinin quruluşçu rejissoru Aynurə Tahirqızının ideyası əsasında “Lider”də Yaydır” şüarı ilə mövsümə start verdik. Bir neçə hissədən ibarət olan yay layihəmizin ilkin anonsları çəkilib və yayımdadır. Tezliklə digər anonslar da çəkilib efirə veriləcək. Qeyd etdiyim kimi, bu yay “Lider TV” yeni televizya mövsümünə istirahət etmədən hazırlaşacaq”.

L.Ələkbərqızı “Lider”də Yaydır” layihəsində fotoqraf Pərviz Salıyev, prodüser Aytac Bayramzadə, montajçı Əskər Ağayev və digərlərinin əməyi keçdiyini vurğulayıb.

Foto: Pərviz Salıyev