Polşalı müğənni Şəkidə çıxış edəcək - video

Polşalı müğənni Şəkidə çıxış edəcək - video
277 dəfə oxunub
  • A-
  • A
  • A+
Polşalı müğənni, simbal ifaçısı Aniya Brodi Azərbaycana səfər edəcək.

Axşam.az bildirir ki, Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, A.Brodi iyunun 28-də Şəkidə keçiriləcək "İpək Yolu" festivalında çıxış edəcək.

A.Brodi, həmçinin bəstəkar və musiqilərə söz yazarı, prodüser kimi fəaliyyət göstərir. O, xalq musiqi aləti simbalda ifa etməklə xalq musiqisi janrında çalışır.