Ötən ay ayrılmaq qərarına gələn daha sonra isə yenidən barışan müğənni Murad Bozla aktrisa Aslı Enver Bodrumda restoranların birində barışıq yeməyi yeyib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, yemək zamanı cütlüyün yanında Muradın anası Nedret Boz da olub. O, gələcək gəlininə xüsusi qayğısı ilə diqqət çəkib.
Nedret Boz daha sonra Muradla Aslını yola salaraq, onların arxasınca su töküb.