Murad Dadaşov Eminin klipinə çəkilir - fotolar+video

Murad Dadaşov Eminin klipinə çəkilir -  fotolar+video
4109 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni-bəstəkar Emin Ağalarov “İspaniya, leto” mahnısına klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, Emin ekran işində fərqli obrazda görünəcək. O, Xose Məmmədov adı verdiyi obrazı üçün saçlarını uzadıb, saqqal qoyub.

Ekran işində əməkdar artist Murad Dadaşov da rol alacaq. Şoumen də bu klip üçün görünüşündə dəyişiklik edib. Ekran işinin çəkilişləri Bakıda baş tutub.

Emin açıqlamasında bildirib ki, bir neçə həftədən sonra tamaşaçılar onun fərqli klipi ilə tanış ola biləcəklər.