Rasim Balayevin yeni filmi "YARAT"da - pulsuz nümayiş

Rasim Balayevin yeni filmi "YARAT"da - pulsuz nümayiş
1167 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Əhmədovun “Sara” filmi nümayiş etdiriləcək.

Axşam.az xəbər verir ki, xronometrajı 130 dəqiqə olan ekran əsəri Azərbaycan dilində təqdim olunacaq. Detektiv süjetli filmdə Sara adlı qadının başına gələnlər, onun mübarizəsi əksini tapıb.

Ekran işində xalq artisti Rasim Balayev, əməkdar artist Qurban İsmayılov, aktyor Fuad Osmanov, aktrisa Aysel Nazim və başqaları rol alıblar.

Filmin nümayişində hər kəs iştirak edə bilər.