Müslüm Maqomayevin yubileyi keçiriləcək
Mədəniyyət
18:28 / 31.07.17
Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Axşam.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.