"KVN" yaradıcılarından biri dünyasını dəyişdi
Mədəniyyət
19:26 / 30.09.17
Şən və Hazırcavablar Klubunun (KVN) təsisçilərindən olan şair və yazıçı Andrey Menşikov 72 yaşında dünyasını dəyişib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yazıçının qohumları məlumat yayı. Eyni zamanda, “Gecəniz xeyrə qalsın, balalar” (“Спокойной ночи, малыши!”) verilişinin yaradıcısı olan Menşikov “KVN” teatrının qurucularındandır.
O, 1960-cı ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun komandasına rəhbərlik edib. 1971-ci ildə proqram bağlansa da, 1986-cı ildə məhz Menşikovun səyi nəticəsində komanda fəaliyyətini bərpa edib.
Yüzdən çox şeir və musiqinin müəllifi olan Andrey uzun müddət Sovet və Rusiya televiziyalarında fəaliyyət göstərib.