Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.
Axşam.az xəbər verir ki, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub.
Tamaşada əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), xalq qrtisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcəklər.
Tamaşanı xalq artisti Cavanşir Cəfərov idarə edəcək.