34 yaşlı Hollivud aktrisası Cennifer Lav Hyuitt ana olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun qız övladı dünyaya gəlib.
Bir neçə həftə əvvəl nişanlısı Brayan Holliseylə qapalı mərasimdə nikah masasına oturan ulduz özünü çox xoşbəxt hiss edir. Cütlük qızına Outamn Ceyms adını verib.
Xatırladaq ki, məşhurun hamilə olması və nişanlanması xəbəri bu ilin iyulunda mətbuata açıqlanmışdı.