Əməkdar artist Elza Seyidcahan formada qalmaq üçün hündürdaban ayaqqabı geyinir.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda ATV telekanalında yayımlanan “Sağlam olun” verilişində deyib:
“Alçaq ayaqqabı sevmirəm. Nə vaxt elə ayaqqabı geyinmişəmsə, kökəlmişəm. Buna görə də dikdabandan istifadə edirəm. Bu, arıqlamağıma, bədənimi formada saxlamağıma kömək edir. Bəziləri narahat olur ki, hündürdaban ayaqda varikoz damarlarının çıxmasına səbəb olar. Amma yalandır, əksinə, ayaqların daha düz görünməsinə kömək edir. Xanımlara məsləhət görərdim ki, artıq çəkidən xilas olmaq üçün səhər qaçmaqdansa, axşam gəzsinlər. Gün ərzində yediklərini gecə gəzintisində yandırmaq mümkündür”.
Qeyd edək ki, ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin növbəti buraxılışına sabah saat 10:30-da baxa bilərsiniz. Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanacaq proqramda bu dəfə varikoz damar genişlənməsindən bəhs ediləcək.
Foto: Rəşad ABBASOV