Gənc ifaçı Mehin Hümbətova mütəmadi idmanla məşğul olur.
Axşam.az saytına açıqlamasında müğənni əzələlərini bərkitmək üçün səy göstərdiyini bildirib:
"Hamı deyir ki, arıqsan, idmana ehtiyacın yoxdur. Amma mən arıq qalmaq üçün yox, bədənimi formada saxlamaq və əzələlərimi bərkitmək üçün məşq edirəm. İdmanla məşğul olan hər kəs eyni proqram üzrə çalışmır. Mənim proqramım sırf əzələlər üçün nəzərdə tutulub. İndidən sellülitlərdən sığortalanıram”.