Amerikalı müğənni və aktrisa Teylor Svift Britaniya şahzadəsi Uilyamla görüşüb.
Axşam.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, şahzadənin Kensinqton sarayında təşkil etdiyi xeyriyyə gecəsində reallaşıb.
Teylorla yanaşı gecəyə şahzadənin həyat yoldaşı Keyt Midltonun sevimli dizayneri Cenni Pekhem və müğənni-aktyor Con Bon Cobi də qatılıb. Keyt tədbirə gəlməyib və Uilyam özü qonaqları əyləndirib. Gecədə olduqca maraqlı anlar yaşanıb.