Pantomima Teatrında yeni səhnə əsəri hazırlanır

Pantomima Teatrında yeni səhnə əsəri hazırlanır
1230 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşanın məşqlərinə başlayıb. Elnur Rzayevin “Mənim balığımsan” əsəri əsasında səhnələşdirilən tamaşa sənət ocağının baş rejissoru xalq artisti Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, musiqi tərtibatı Səbinə Hacıyevaya məxsus olan tamaşanın rəssamı Sənubər Səmədovadır.

Tamaşada rolları aktyorlar Elnur Rzayev, Səbinə Hacıyeva, Beyrək Rüstəmov, Səbirə Həsənova və digərləri ifa edəcək.

Səhnə əsərinin premyerası noyabrın ilk ongünlüyünə planlaşdırılır.