14 yaşlı model çox işləməkdən öldü

14 yaşlı model çox işləməkdən öldü
5571 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı model Vlada Dzyuba 14 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Şanxay şəhərində təşkil edilən dəfiləyə qatılan gənc modelin ölümünə səbəb 12 saat podiumda qalmasıdır. Gərgin iş rejimindən sonra halı pisləşən və xəstəxanaya yerləşdirilən Vlada iki gün reanimasiyada qaldıqdan sonra həyatla vidalaşıb. Modelin meningit xəstəliyindən öldüyü deyilsə də, onun dünyadan köçməsinə iş qrafikinin də səbəb olduğu iddialar arasındaır.

Gündə cəmi 3 saat işləməli olan V.Dzyuba bunu 4 dəfə çox edib. Vladanın anası Oksana Dzyuba açıqlamasında qızının çox işləmək məcburiyyətində olduğunu və sonuncu dəfə ona zəng edəndə çox yorğun olduğunu dediyini bildirib.