Türkiyənin divası Bülənt Ərsoy alış-veriş edərkən görüntülənib.
Axşam.az xəbər verir ki, müğənni 2 mağazadan cəmi 100 min lirəlik (50 min manata yaxın) mal alıb.
İlk girdiyi ticarət mərkəzində 12 hədiyyəlik əşya alan B. Ərsoy daha sonra ayaqqabı dükanına keçib. O, son model ayaqqabılardan bir neçəsini bəyənib.
Aldığı məhsullara qarşı diqqətliliyi ilə seçilən sənətçi ayaqqabıları uzun müddət nəzərdən keçirib.