Müğənninin anası ağır vəziyyətdədir

Müğənninin anası ağır vəziyyətdədir
5739 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesə rəqqasə kimi gələn, lakin müğənni kimi sözünü deyən Sevda Sanaliyeva ağır günlərini yaşayır.

Müğənninin anası Rəhilə Həmidova səhhətində yaranan fəsadlardan dolayı xəstəxanaya yerləşdirilib.

Məlumatı dəqiqləşdirmək üçün Ailem.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Sevda xəbəri təsdiqləyib:
 
“Bu xəbəri siz hardan əldə etmisiniz ki? Bəli, indi xəstəxanaya gəlmişik. Anamın vəziyyəti ağırdır. İndi dializ olunacaq ki, qanındakı zəhərlənməni götürsünlər. Müayinə edən həkimlər bildirdilər ki, 2 gün sonra, zəhərlənməni aradan qaldırdıqdan sonra, xərçəng olan bir böyrəyini götürəcəklər. Digər böyrəyi də fəaliyyətini itirib. Mənim çətin günlərim hələ qarşıdadır. Tək güman yerim Allahım və həkimlərdir. Həkimlərə gümanım böyükdür. Onlar mənə söz veriblər ki, anamı sağaldacaqlar”.