"Baladadaş"ın çəkildiyi İran filmi təqdimata hazırlaşır

"Baladadaş"ın çəkildiyi İran filmi təqdimata hazırlaşır
1674 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrın aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film təqdimata hazırdır.

Axşam.az-ın məlumatına görə, ekran işi 2018-ci ildə tamaşaçılara təqdim olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, “Sərhəd” (“Arpa çayı – ayrılıq nəğməsi”) adlanan tammetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. İranın “Günəşfilm” Studiyasında istehsal olunan ekran işində Ə.Dadaşov baş rolu – Aydın obrazını canlandırır.

“Düşünürəm ki, çox maraqlı bir mövzuda çəkilən bu film tamaşaçıların sevgisini qazanacaq. Quruluşçu rejissor və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən biri olan Ali Abdalidir” deyə Ə.Dadaşov bildirib.

Qeyd edək ki, Ə.Dadaşov teatrda xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun – Baladadaş obrazının ifaçısı kimi tamaşaçılara tanışdır.