Prezidentin xanımı Yeni il ağacı aldı - fotolar

Prezidentin xanımı Yeni il ağacı aldı -  fotolar
2210 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Birinci Xanımı Mişel Obama Ağ Ev üçün Yeni il ağacı alıb.

Axşam.az xəbər verir ki, o, ənənəvi tədbirə qızları Saşa və Maliyanı, həmçinin sevimli itləri Sanni və Bonu da aparıb.

M. Obama bu prosesin bayramın ən gözəl hissələrindən biri olduğunu bildirib.

Hündürlüyü 6.4 metr olan küknar Ağ Evin ölçülərinə uymadığı üçün, onu 5.6 metrə qədər qısaltmaq lazım gəlib.

Bayram ağacı Ağ Evin birinci mərtəbəsindəki Mavi Otaqda saxlanılacaq. Mişel Obama builki ağacın dekorasiyasına əsgər rəsmlərinin də əlavə olunacağını deyib.