Eldar Mansurovun oğlu vəzifəsindən getdi

Eldar Mansurovun oğlu vəzifəsindən getdi
2113 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. 

Axşam.az "APA-Economics"ə istinadən xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. "Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub. "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.