Çeçenistanın "Vaynax" Dövlət Rəqs Ansamblı "Qroznıdan sevgilərlə" yaradıcılıq layihəsi çərçivəsində Azərbaycana beynəlxalq qastrol turuna gələcək.
Axşam.az AzərTac-a istinadən xəbər verir ki, layihə 2018-ci ilin oktyabrında 200 illiyi qeyd olunacaq Qroznının yubileyinə həsr olunub.
Ansamblın səfəri dekabrda baş tutacaq. "Vaynax" qastrol turu ilə Azərbaycanla yanaşı Gürcüstan və Ermənistana da gedəcək. Konsert proqramına çeçen rəqsləri ilə yanaşı, gürcü və Azərbaycan rəqsləri də daxil edilib.
Qeyd edək ki, ansambl 1939-cu ildə yaradılıb.