“Özünə bax”da finala doğru – fotolar

“Özünə bax”da finala doğru – fotolar
4025 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasında final həyacanı yaxınlaşır.

Axşam.az-ın məlumatına görə, yarımfinal mərhələsində 40-a yaxın gənc qız yenidən münsif qarşısına keçəcək. Onlardan 16-a yaxın iştirakçı finala vəsiqəni əldə edəcək.

Dünən üç xanım – Aynur, Gülnar və Saranın geyimi müzakirə edilib. Bu dəfə münsif kürsüsündə modelyer Afaq İsmayılzadə, “Passage” dərgisinin baş redaktoru Nərminə Ağasi və vizajist Nərmin İbrahimova əyləşib. Münsiflər yarımfinalçılara dəblə bağlı tövsiyələrini veriblər. Adıçəkilən iştirakçıların hazırlıq prosesindən lentə alınan süjetlər təqdim olunub. Aynur stilist Nasir Babayev, Sara vizajist Nərmindən, Gülnar isə vizajist Nigar İbrahimovadan məsləhətlər alıb. Hər üç iştirakçı finala vəsiqəni əldə edib.

Layihənin siması Ruhi Əliyevanın bu gün maraqlı açıqlamalar verəcəyi gözlənilir.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV