Manaf Ağayevin avtomobili yararsız hala düşdü

Manaf Ağayevin avtomobili yararsız hala düşdü
4071 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakının Azadlıq prospektində, "Yeni Həyat" klinikasının yaxınlığında hündürmərtəbəli yaşayış binasının dam örtüyü uçub.

Axşam.az xəbər verir ki, hadisə yerində olan şahidlərdən birinin anspress-ə verdiyi məlumata görə, nəticədə müğənni Manaf Ağayevin "Lexsus" markalı avtomobilinə ciddi ziyan dəyib.

Şahid hadisə zamanı müğənninin və yaxınlarının avtomobildə olduğunu və onların hadisə nəticəsində xəsarət aldıqlarını bildirib.

Manaf Ağayev sayta açıqlamasında bu məlumatı təsdiq edib və avtomobilinin tamamilə yararsız hala düşdüyünü bildirib. Ancaq özünün və yaxınlarının xəsarət alması ilə bağlı məlumatın doğru olmadığını qeyd edib:

"Hadisə vaxtı mən və oğlum maşının içində oturmuşduq. Bu vaxt binanın dam örtüyü güclü külək nəticəsində qoparaq, düz avtomobilin üstünə düşdü. Zərbə nəticəsində maşının dam örtüyü ciddi zədələndi və şüşələri qırılaraq yerə töküldü. Amma xoşbəxtlikdən, nə mənə, nə də oğluma heç nə olmadı".