Norveçin NRK3 telekanalının aparıcısı, 30 yaşlı Liv Nervik verilişini çılpaq şəkildə aparıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, kürənin üstündə oturaraq Mayli Sayrusu təqlid edib.
Çılpaq olmaqdan və lüt poz verməkdən çəkinmədiyini deyən aparıcı bunda ayıb bir şey görmədiyini vurğulayıb. Mayli Sayrusdan ilhamlandığını qeyd edən Livin bu hərəkəti məşhurlar tərəfindən tənqid olunub. Onlar bu addımın gərəksiz olduğunu deyiblər. Aparıcı isə mövzunun böyüdülməsini istəmədiyini və soyunmasının çox normal qarşılanmasını tələb etdiyini qeyd edib.