Niyam: “... oğurluq da edirəm”

Niyam: “... oğurluq da edirəm”
1001 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Niyam Səlami hər zaman özündən böyük ifaçılara hörmətlə yanaşır.

Axşam.az-ın məlumatına görə, sənətçi “Bizim gün” verilişində həmkarlarından yeni nəsə öyrəndiyini söyləyib:

“Hansısa məclisdə oturanda özümdən böyük müğənnilərin sözlərinə diqqətlə qulaq asıram. Onlardan yeni nəsə öyrənirəm. Hətta sözün yaxşı mənasında oğurluq da edirəm. Hörmət etməyi bacarmalısan. Amma bununla yanaşı, özünə qarşı başqalarının hörmətini qazanmalısan. İnsan özünə qiymət qoymalıdır. Yoxsa heç kim sənə hörmət etməz”.