Rəqqasə Sevda biznes-ledi oldu - fotolar

Rəqqasə Sevda biznes-ledi oldu -  fotolar
3546 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə-müğənni Sevda Sanəliyeva uzun fasilədən sonra ortaya çıxıb.

Axşam.az xəbər verir ki, sənətçi Fatimənin rəqs məktəbinin açılış mərasimində iştirak edib.
Sevda sənətə qayıtmağı düşünmədiyini bildirib:

"Hələ ki, sənətə qayıtmağı ürəkdən istəmirəm. Sənətimə qeyri-ciddi yanaşıram. Əgər ciddi yanaşsam, tez zamanda geri qayıdardım. Səhnədə olmadığım müddətdə biznes qurdum və indi vaxtımın çoxunu buna həsr edirəm. Biznes mənim üçün daha önəmlidir. Bütün maddi gəlirim də buradandır. Amma yenə də yazdırdığım mahnılar var. Yəqin ki, yaxın zamanda efirə çıxacam".