Fatimənin məktəbinin açılışı oldu - fotolar

Fatimənin məktəbinin açılışı oldu -  fotolar
4196 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva bu gün “Banu” rəqs məktəbinin açılış mərasimi keçirib.

Axşam.az-ın məlumatına görə, təmtəraqlı şəkildə təşkil edilən məclisdə sənət dünyasının tanınmış simaları da iştirak edib.

Qonaqları “Vağzalı” ilə qarşılayan Fatimə müxtəlif rəqslər nümayiş etdirib. Tədbirdə müğənni Emil Bədəlov, Elvin Abdullayev, Kərim Abbasovla rəqs yarışına girən sənətçi təəssüratlarını müxbirimizlə bölüşüb:

“Bu gün bir çox sənət dostlarım məni tək qoymadılar. Yeni işimdə yanımda olan, məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Burada bir çox rəqslər üzərində dərslər keçiriləcək. Tək pedoqoq mən deyiləm. İstedadlı müəllimlərimiz var. Məktəbimdə yetişdirəcəyim tələbələri beynəlxalq rəqs festivallarına göndərəcəm. Onların təkcə oynamağı öyrənməsinə yox, həm də irəli getməsinə kömək olacam. Buradan məzun olan istedadlı tələbənin yüksəlməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.

Açılış mərasiminə qatılan müğənni Xatirə İslam, Nadir Qafarzadə, Günay İbrahimli, Sevda Yahyayeva, Aysel Əlizadə, idmançı Kamil Zeynalov, prodüser Tolik, Təranə Səmədova Fatiməyə yeni biznesində uğurlar arzulayaraq, onu təbrik ediblər.

Foto: Rəşad ABBASOV