“Özünə bax”da baş verənlər - fotolar

“Özünə bax”da baş verənlər -  fotolar
4714 dəfə oxunub
  • A-
  • A
  • A+
Atv telekanalının zövq yarışması “Özünə bax”ın ötəngünkü buraxılışında maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, üç iştirakçı – Mənsumə, Aygün və Leyla münsif qarşısına çıxıb.

Bu dəfə münsif kürsüsündə modelyer Afaq İsmayılzadə, stilist Nasir Babayev, vizajist Sevanna və “Passage” dərgisinin baş redaktoru Nərminə Ağasi əyləşib. İştirakçılardan Mənsumə və Leylanın stili münsiflərin narazılığına səbəb olub. Yalnız Aygün adlı iştirakçı yarımfinala vəsiqə qazanıb. Aygünün imici də münsiflərin tam ürəyincə olmayıb. Layihənin siması Ruhi Əliyeva yenə də efirə gəlməyib. O, başqa bir səbəbdən Moskvada olduğunu bildirib.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV