Cazibədar modelin fotosərgisi keçirildi

Cazibədar modelin fotosərgisi keçirildi
1572 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Sindi Krouford 90-cı illərə məxsus fotolarından ibarət sərgidə iştirak edib.

Axşam.az-ın məlumatına görə, son zamanlar nadir hallarda evindən çıxmağa üstünlük verən ulduz xeyriyyə məqsədilə təşkil edilən gecəyə məmnuniyyətlə qatılıb.

Fotoqraf Marko Qlavianonun çəkdiyi şəkillərin yer aldığı sərginin açılışı Mayamidə reallaşıb. 47 yaşlı cazibədar model gecəyə olduqca sadə və dəbli geyimdə qatılıb. İdeal bədən quruluşuna sahib olan Sindi bunun üçün heç bir ciddi qaydalara əməl etmədiyini vurğulayıb:

“Çoxlu su içirəm, hər zaman eyni vaxtda qidalanmağa üstünlük verirəm. Düşünürəm ki, insan nə qədər səmimi olsa, görünüşündə də bunu əks etdirər. Gözəlliyin əsas sirri isə xoşbəxt olmaqdır”.