Məşhur müğənnilər Mayli Sayrus və Ledi Qaqa daim soyunaraq gündəmə gəlir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu dəfə də ifaçılar açıq-saçıq fotoları ilə tənqid hədəfinə çevriliblər.
Mayli “LOVE” jurnalıının promo-çarxında əxlaqsız maral obrazını canlandırıb, Ledi Qaqa isə “Candy Magazine” jurnalı üçün soyunub. Hər iki müğənninin bu üsulla diqqət mərkəzində olmağa çalışması onların sənətini arxa planda qoyur. Ledi Qaqa bu dəfə nəinki soyunub, həmçinin bığlı və qeyri-adi obrazı ilə seçilib.
21 yaşlı Mayli isə “LOVE” jurnalının yeni il buraxılışı üçün olduqca xoşagəlməz fotolar çəkdirib. Onun bayramı bu cür təbrik etməsi pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb.