Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Yeni il ərəfəsində tamaşalar təqdim edəcək.
Axşam.az xəbər verir ki, bayramın ilk günlərində uşaq və böyüklərin də sevimli qəhrəmanı olan “Hörümçək adam“ teatrın səhnəsində uşaqlarla görüşə gələcək.
Məktəblilərin qış tətili günlərində teatr uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşasını tam fərqli formatda təqdim edir. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
Tamaşanın premyerası bu ilin dekabrın 28-də saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır. Yeni il proqramı 28 dekabr - 7 yanvar tarixlərinədək davam edəcək.