Rafaellə Coşqun Günay İbrahimlini güldürüb - fotolar

Rafaellə Coşqun Günay İbrahimlini güldürüb -  fotolar
2426 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda Moskva səfərindən qayıdan müğənni Günay İbrahimli təəssüratlarını bölüşüb.

Sənətçi Axşam.az saytına açıqlamasında əsl Yeni il ab-havası yaşadığını bildirib:

“Bu, Moskvaya ilk səfərim deyildi. Bir dəfə olmuşdum, amma şəhəri gəzməyə vaxtım qalmamışdı. Bu dəfə çox yerləri gəzdim, əsl Yeni il ab-havası yaşadım. Ən çox xoşuma gələn məkan 60-cı mərtəbədə yerləşən bir restoran oldu. Oradan Moskvanı seyr etmək gözəl idi. “Bu şəhərdə” komandası ilə yol yoldaşı olmaq da olduqca maraqlıdır. Hər günümüz gülüşlə keçirdi”.

Qeyd edək ki, ifaçının Moskvaya yollanmasına səbəb aktyorlar Coşqun Rəhimov və Rafael İsgəndərovun konserti olub. O, "İsti Rahət" adlı tamaşada səhnəyə çıxaraq sevilən mahnılarını səsləndirib.

Foto: Rəşad ABBASOV