Əməkdar artist Elza Seyidcahan yeni qərara gəlib.
Müğənni Axşam.az saytına açıqlamasında bundan sonra layihələri ilə bağlı öncədən məlumat verməyəcəyini bildirib.
O, digər həmkarlarını incitmək istəmir:
"Mən danışdıqca boş oturan, heç bir iş görməyən, yalnız qalmaqal edənlər əziyyət çəkir. Uğurlarımı gördükcə ürəkləri partlayır. Bu səbəbdən qərara gəldim ki, yeni layihələrimi əvvəlcədən açıqlamayım. Paxıllığımı çəkənlərə sürpriz edəcəyəm. Hazırda bir neçə yeni mahnı üzərində çalışıram. Maraqlı ideyalarım var”.
E.Seyidcahan əlində silahla çəkilmiş fotolarından da söz açıb:
“Bu, çəkilişlərin birində lentə alınıb. Burada qəhrəman xanım olduğumu bir daha sübut edəcəyəm”.